BEYNƏLXALQ ATOM ENERJİSİ TƏŞKİLATI İRANDA ARAŞDIRMA APARMAYACAQ
İran, BAET heyətinin əməkdaşlıq və müzakirə mövzuları üçün gəldiyini açıqlayıb
21-02-2012 / 17:54
FaktXeber.com-un "Mehr"ə istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mihmanpərəst, həftəlik mətbuat konfransında BAET heyətinin ziyarəti və "5+1" qrupuyla aparılacaq müzakirələrə bağlı açıqlamalar səsləndirib.
BAET rəhbərinin köməkçisi Herman M.G.Nackaertsin başçılığı ilə İrana səfər etmiş heyətin ziyarətinin ötən görüşdə planlaşdırıldığını xatırladan Mihmanpərəst, görüşlərdə İran və BAET arasındakı əməkdaşlıq və müzakirələrin çərçivəsinin müəyyənləşdirilməsi kimi mövzuların danışıldığını söyləyib.
Bir suala cavab olaraq, BAET heyətində müfəttişlərin deyil, mütəxəssislərin iştirak etdiyini bildirib XİN sözçüsü, ''BAET heyətinin ziyarətdəki məqsədi nəzarət etməl deyil'', - deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.