Yunanıstanın baş naziri Papadimos, 130 milyard avroluq ikinci yardım paketinə sadiq qalaraq həyata keçirəcəklərini açıqlayıb
21-02-2012 / 17:40
FaktXeber.com-un verdiyi məlumata görə, Avro Bölgəsi maliyyə nazirləri Brüsseldə 14 saat davam edən yığıncaqda Yunanıstanı gələn ay böhrandan çıxaracaq 130 milyard avroluq ikinci yardım paketinin önünü açmağa razılaşıblar.
Razılığa əsasən, Yunanıstanın borcunun 2020-ci ildə ümumdaxili məshsulun 120,5 faizinə salınaraq davam etdirilə biləcək hala gətirilməsinə qərar verilib. Əəksəriyyəti banklar və sərmayə fondlarından ibarət olan özəl sektor kreditorları ölkənin 107 milyard avroluq borcunu da siləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.