FaktXeber.com xəbər verir ki, “Mazlumder” təşkilatının rəhbəri Rəcəb Qaragöz, ''Azərbaycanda İnancli İnsanlara Qarşı Basqılar Dayandırılmalı” adlı mətbuat konfransı keçirib. Konfrasnın sonunda ölkədə inanclı kəsimə qarşı baş verən təzyiqlərlə bağlı bəyanat yayılıb. Bəyanatıın mətnini sizlərə təqdim edirik.
Fevral ayının 17-si cümə namazından sonra Azərbaycanın fərqli şəhərlərində xeyli inanclı saxlanılaraq müxtəlif ittihamlarla həbs olunublar. Əldə etdiyimiz məlumatlara görə Azərbaycanın şimalindan cənubuna, qərbindən şərqinə qədər ölkənin kifayət qədər tanınmış din alimləri, ilahiyyatçılar və siyasi partiya nümayəndələri müxtəlif bəhanələrlə həbs olunublar. Polis tərəfindən həbs olunanlar daha sonra Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə təhvil verilib. Məlum olduğu kimi bir il bundan öncə Azərbaycan orta məktəblərdə hicabın qadağan olunmasına etirazını bildirən başda AİP sədri Mövsüm Səmədov və bir neçə ruhani əsassız ittihamlarla həbs ediliblər.
MAZLUMDER təşkilatı olaraq Azərbaycan hökumətindən ifadə azadlığı, siyasi partiyaların fəaliyyəti, din və vicdan azadlığı və.s kimi sahələrdə həyata keçirdiyi təzyiqlərə son qoymağa çağırırıq. Azərbaycan məhkəmələrinin sifarişlərə uyğun olaraq verdiyi qərarlara ciddi şəkildə narahatçılğımızı bildiririk. Din azadlığı sahəsində hələ də bu günə qədər həll olunması müəmmalı şəkildə qalan hicab qadağasının həll edilməsini və insanların din, vicdan və siyasi azadlıqarının beynəlxalq normalara uyğun olaraq təmin edilməsini istəyirik.
Hər cür təşkilatlanma, mətbuat və ifadə azadlığı qarşı yönəlmiş təzyiqlər aradan qaldırılmalı, dini mərasimlərin keçirilməsi üçün yaradılan maniələr aradan götürülməlidir. Eyni halda dini mərasimlərin keçirilməsi ilə bağlı həyata keçirilən qadağalar ləğv edilməlidir. Məhkəmələrdə və bürokratiyada davam edən rüşvət və sifarişli həbs qəraralarına son qoyulmalıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.