DİPLOMU OLUB İŞİ OLMAYAN MÜTƏXƏSSİSLƏRİN NƏZƏRİNƏ!
Azərbaycan Təhsil Nazirliyi ölkənin ali təhsil məktəblərinin məzunları ilə bağlı elektron baza yaradır
21-02-2012 / 16:26
Azərbaycan Təhsil Nazirliyi ölkənin ali təhsil məktəblərinin məzunları ilə bağlı elektron baza yaradır. FaktXeber.com-un məlumatına görə, bu barədə açıqlamanı Təhsil Nazirliyinin təhsilin idarə olunmasının məlumat sistemləri (TİMS) şöbəsinin müdiri İsmayıl Sadıqov AzərTAc-a verib. O, yaxın iki ayda son il ərzində ali təhsil müəssisələrini qurtaran bütün məzunlar üzrə informasiya bazalarının elektron varianta keçirilməsi məqsədilə işlər başa çatdırılacaq. İşlər əsasən özəl ali məktəblər üzrə aparılır. İnformasiya bazasından dövlət müəssisələri də istifadə edə biləcək ki, bu da ali təhsil müəssisələrinin diplomlu məzunun işə qəbul edilməsində yoxlama prosedurunu sadələşdirəcək. Ali məktəb məzununun eyniləşdirilməsi diplomun nömrəsi üzrə həyata keçiriləcək.
Qeyd edək ki, TİMS məktəblərə bütün məlumat bazalarını avtomatlaşdırmağa imkan verir. Elektron məlumat bazasının formalaşdırılması informasiya axınının birbaşa məktəbdən Təhsil Nazirliyinə daxil olmasına şərait yaradacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.