"Brent" və "Layt"ın qiymətində də artım qeydə alınıb
21-02-2012 / 16:21
FaktXeber.com-un verdiyi məlumata görə, dünya birjalarında neftin qiyməti yenidən artmağa başlayıb. Belə ki, Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,70 dollar qalxaraq 105,30 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda isə “Brent” markalı neftin bir barrelinin qiyməti 47 sent bahalaşaraq 120,05 dollar təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,49 dollar artaraq 124,76 dollara satılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.