Müsavatın başqan müavini Tofiq Yaqublu bununla bağlı ilginc fikir səsləndirib
21-02-2012 / 16:16
Bu ilin may ayında Bakıda keçiriləcək Avroviziya yarışması ilə bağlı müxalifətin atacağı addımları sırasına daha biri əlavə olunub. FaktXeber.com-un verdiyi məlumata görə, belə bir təklifini Müsavatın başqan müavini Tofiq Yaqublu səsləndirib. Sosial şəbəkələrdə yayılan məlumatda göstərilir ki, müxalifət düşərgəsi final günlərində ciddi etiraz aksiyası keçirməyi düşünür.
Başqan müavininin təklifinə əsasən Avroviziyanın final günü bütün müxalifətçilər dənizkənarı bulvara, yarışmanın keçirildiyi həndəvərdə gəzintiyə çıxmalıdır: "Həmin gün orada çoxlu sayda xarici turistlər olacaq. Hakimiyyət istəsə də bizim qarşımızı ala bilməycək. O, bizi dağıtmaq və döymək istəsə, bizimlə birlikdə dünyanın azad ölkələrindən gəlmiş turistləri də rezin dəyənəklə döyməli olacaq. Əgər hakimiyyət adına yazılacaq bu rəzaləti yaşamaq istəmirsə, təcili olraq vicdan və siyasi məhbusları azad etməlidir".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.