Jurnalistlərə 4 nömrəli reaktorun yaxınlığındakı təpədə avtobusdan düşməyə və ötən ilin martında baş vermiş hidrogen partlayışı zamanı zərər çəkmiş binaya baxmağa icazə verilib
21-02-2012 / 16:09
FaktXeber.com-un verdiyi məlumata görə, dünən “Tokyo electric power Co.” şirkəti hökumətin “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) nüvə reaktorlarının sabitləşməsi barədə bəyanatından sonra ilk dəfə müxtəlif KİV-lərin nümayəndələrini AES-ə buraxıb.
Şirkət AES-dəki mövcud vəziyyyətlə tanış olmaq üçün jurnalistlərə avtobusla gəzinti təşkil edib. Avtobus yanvardan bəri 43 su sızıntısının qeydə alındığı reaktorların soyudulması sisteminin və istifadə edilmiş nüvə yanacağının toplandığı hovuzun yaxınlığından keçiblər.
Jurnalistlərə 4 nömrəli reaktorun yaxınlığındakı təpədə avtobusdan düşməyə və ötən ilin martında baş vermiş hidrogen partlayışı zamanı zərər çəkmiş binaya baxmağa icazə verilib.
Hazırda təpədə radiasiya dərəcəsi saatda 50 millizivert təşkil edir. Əgər burada bir nəfər 24 saat qalarsa, 1 millizivertdən artıq radiasiya alar ki, bu da Yaponiya əhalisi üçün müəyyən edilmiş illik normadan çoxdur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.