Putinə ən yaxın namizəd Kommunist Partiyasının lideri Gennadi Zyuqanovun isə 14,8 faiz səsi var
21-02-2012 / 16:04
Rusiyada martın 4-də keçiriləcək prezident seçkilərinin favorit namizədi olan Baş nazir Vladimir Putinə dəstək 58,6 faizə qalxıb. FaktXeber.com-un verdiyi məlumata görə, ilk turda 50 faizdən artıq səs toplayacağı gözlənilən Putin, Kremlə dönməyi zəmanət altına alıb. Baş nazirin 7-8 yanvar tarixində yayımlanan VTsIOM sorğusunda 48 faiz olan səsləri birdənbirə 10 faiz qalxıb.
Mütəxəssislərin bildirdiyinə görə, "Ərəb Baharı"ndan sonra Orta Şərqdə baş verən hadisələr, İranın nüvə problemi, Suriyaya ola biləcək müdaxilə, Avropanın borc böhranı kimi xarici faktorlarla birlikdə ölkədə müxaliflərin meydanlara on minlərlə insan yığması Putinə olan dəstəyin artmasına səbəb olub.
Putinə ən yaxın namizəd Kommunist Partiyasının lideri Gennadi Zyuqanovun isə 14,8 faiz səsi var. Jirinovski 9,4, Mixail Proxorov 8,7 və Sergey Mironov isə 7,7 faiz səs toplayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.