Şimali Koreyanın yüksək çinli nüvə rəsmisi ölkə lideri Kim Jong İlin ölümündən sonra ilk dəfə olaraq ABŞ rəsmisi ilə bir araya gələcəklər
21-02-2012 / 15:51
FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ-da Qleyan Davieslə görüşəcək Şimali Koreya Xarici işlər Nazirinin köməkçisi Kim Kye Qvan, ilk öncə Pekinə gedərək oradan da ABŞ-a səfər edəcək. Pekin limanından yola düşən Kye Qvan jurnalistlərin suallarını cavablandırmayıb. Davies Kim növbəti görüşü ilə, bu günə qədər Şimali Koreyanın nüvə proqramı ilə bağlı üçüncü görüşünü keçirmiş olacaq. Müzakirələrin, Şimali Koreyanın nüvə işlərini təxirə salması ilə bağlı aparılacağı bildirilir.
Qeyd edək ki, Pyonqyanq hökuməti sonuncu dəfə olaraq 2009-cu ildə danışıqlara getməkdən imtina etmişdir. Yeni lider Kim Jong Unun müzakirələri başlaması, Şimali Koreyanın nüvə sahəsindəki fəaliyyətlərini dayandıracağına dair ümidləri artırıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.