Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb
21-02-2012 / 15:54
VHP-nin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, ATƏT-in Bakı ofisində baş tutan görüşdə Milli Məclis və qanun yaradıcılığı, qanunların icrası, MM-də müxalifət partiyalarının fəaliyyət imkanları, «Siyasi Partiyalar Haqqında» qanunun təkmilləşməsi və partiyaların dövlət büdcəsindən maliyələşməsi, seçki qanunvericiliyi, KİV-ə münasibət, söz azadlığı, həbsdə olan jurnalistlərin və vicdan məhbuslarının azadlığa buraxılması, ölkədə insan haqlarının durumu və s. məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycanın uluslararası nüfuzunun qorunması baxımından həbsdə olan siyasi fəalların və jurnalistlərin ən qısa müddətdə azadlığa buraxılması yollarının tapılmasının vacibliyi vurğulanıb.
ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda da siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin vaxtının çatdığını söyləyib.
VHP sədri ATƏT-in Bakı ofisinin fəaliyyətini dəyərləndirməklə yanaşı, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün aparılan işləri pisləyib və Minsk Qrupunun öz missiyasını başa vurmadan ölü təşkilata çevrildiyini qeyd edib. Xüsusilə Senatın qəbul etdiyi məlum qanundan sonra Fransanın ATƏT-in Minsk Qrupunda təmsilçilik baxımından mənəvi və hüquqi haqqını itirdiyini bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.