FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyənin Van əyalətində Fəxrəddin Gürbüz adlı vətəndaşa aid bir qoyunun balaladığı iki başlı quzu 10 dəqiqə yaşadıqdan sonra ölüb. 10 nəfər ailə üzvü ilə yaşayan və dolanışığını heyvandarlıqla keçirən Fəxrəddin Gürbüz, özünə aid qoyunun dünən axşam iki başlı quzu balalamasından sonra aidiyyatı qurumlara məlumat verib. 30 ildir ki, heyvandarlıqla məşğul olduğunu qeyd edən Fəxrəddin Gürbüz, bu günə belə bir hadisə ilə ilk dəfədir ki, rastlaşdığını qeyd etdi.
İki başlı quzunun 10 dəqiqə yaşadıqdan sonra öldüyünü qeyd edən Fəxrəddin Gürbüz, "dünən gecə boğaz qoyunlara baxmaq üçün tövləyə getdim. Qoyunlardan biri balalamışdı. Quzunun başını iki başlı görəndə şoka düşdüm”,-deyə bildirib.
“Ancaq quzu 10 dəqiqə yaşadıqdan sonra öldü. Quzunun ölməsindən sonra çox kədərləndim.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.