Fuad Qəhrəmanlı: "Əgər Ziyalılar Forumu İP-nın və eyni halda digər partiyaların bir qurum kimi iştirak etməsini istəyəcəksə, o zaman bizdə prorselərdə yaxından iştirak edəcəyik"
Mehman Cavadoğlu: "Çox güman ki, mitinqə istənilən dəstək veriləcək"
21-02-2012 / 15:11
Ziyalılar Forumu artıq geniş mitinq keçirməklə bağlı qərar verib. Mitinqin əsas məqsədi Fransa Senatı tərəfindən qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən qanun layihəsinə etiraz və qardaş Türkiyəyə dəstək nümayiş etdirməkdən ibarətdir. Bəs ziyalılar tərəfindən keçirilən mitinq İP və müxalifət partiyaları tərəfindən dəstəklənəckmi? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı və Müsavat Partiyasının başqan müavini Mehman Cavadoğlu maraqlı fikirlər səsləndirdilər.
Fuad Qəhrəmanlı Ziyalıar Forumunun keçirdiyi mitinqin tərəfdarı olduqlarını söylədi. “Mümkün vasitələrdən istifadə edib öz dəstəyimizi nümayiş etdirməyə çalışacağıq. Lakin İP və AXCP olaraq mitinqə qatılıb-qatılmamağımız Ziyalılar Forumunun bu məsələ ilə bağlı yekun qərarından asılı olacaq. Əgər Ziyalılar Forumu İP-nın və eyni halda digər partiyaların bir qurum kimi iştirak etməsini istəyəcəksə, o zaman bizdə bir qurum olaraq prorselərdə yaxından iştirak edəcəyik. Yox əgər, bu məsələ ilə bağlı hər hansı bir yekun qərar olmazsa, sadəcə olaraq aksiyanın tələbləri ilə həmrəy olacağıq.”
Müsavatın başqan müavini Mehman Cavadoğlu isə qeyd etdi ki, bu məsələ ilə bağlı partiya və eyni halda İP daxilində müzakirə aparılmamış hər hansı bir söz demək olmaz. “Təbii ki, mitinqlə əlaqədar İP-da və Müsavat Partiyasında müzakirələr aparılacaq. Çox güman ki, mitinqə istənilən dəstək veriləcək. Ən yüngül halda partiya üzvlərinin orada iştirakı məqbul sayılacaq. Lakin o,ki qaldı İP və partiya formatında qatılmağa, bununla bağlı aparılan müzakirələrdən sonra hər hansı bir söz demək olar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.