Azərbaycan damazlıq düyələrin gətirilməsi davam edir
21-02-2012 / 14:43
Kənd Təsarufatı Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, “Aqrolizinq” ASC tərfindən son 3 ildə xarici ölkələrdən respublikaya 2875 baş damazlıq düyə gətirilərək heyvandarlıq məhsulları istehsalçılarına satılıb.
2011-ci ildə ölkəyə Almaniyadan 1600 baş holştin – friz cinsindən olan damazlıq düyə gətirilməsi nəzərdə tutulub. Keçən il 1195 baş gətirilmiş və heyvandarlıq məhsulları istehsalçılarına verilib.
Yaxın günlərdə qalan 405 baş düyə ölkəyə gətiriləcək. Damazlıq düyələri mühafizə edib, saxlamaq və baş sayını artırmaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tövsiyələri işlənib hazırlanıb və həmin tövsiyələr sahibkarlara verilib. Damazlıq düyələr törəyib artaraq, 4500 başa çatıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.