ALMANİYANIN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANA GƏLƏCƏK
Almaniyanın xarici işlər naziri Gido Vestervelle Azərbaycana səfərə gələcək
21-02-2012 / 13:47
FaktXeber.com xəbər verir ki, Almaniyanın xarici işlər naziri Gido Vestervelle Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Gido Vestervelle Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində martın ortalarında Azərbaycana rəsmi səfər edəcək.
Onun səfəri Bakıdan başlayacaq, daha sonra Tiflisə və İrəvana gedəcək. Səfər Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə təsadüf edir.Hazırda nazirin səfərinin konkret müddəti və proqramı hazırlanır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.