Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri-iş günləri açıqlanıb
21-02-2012 / 12:37
FaktXeber.com xəbər verir ki, Azərbaycanda Novruz bayramı münasibətilə 7 gün qeyri-iş günü olacaq. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda martın 20-dən 24-dək (5 gün) qeyri-iş günü olacaq. Martın 24-nün şənbə gününə düşməsi ilə əlaqədar olaraq martın 26-da qeyri-iş günü elan edilib.
Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna (qeyri-iş günlərinə) düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.