Yaxın günlərdə Bakı meriyasına məktub göndəriləcək
21-02-2012 / 12:16
FaktXeber.com xəbər verir ki, hakimiyyətin hədəfinə çevrilən Ziyalılar Forumu bir müddət əvvəl aksiya keçirməklə bağlı qərar qəbul etmişdi. Qurumun aparıcı üzvlərindən biri Eldar Namazov mətbuata açıqlamasında bildirib ki, mitinqlə bağlı məsələlərin müzakirəsi, demək olar, yekunlaşıb. Məsələnin bu qədər uzanması bəzi səbəblərlə bağlıdır ki, bunlardan da biri Rüstəm Ibrahimbəyovun xaricdə səfərdə olması idi. Yəni məsələnin müzakirəsi üçün onun da qayıtmağını gözləmək qərara alınıb. Artıq bütün bu müzakirələr başa çatıb və yaxın günlərdə Ziyalılar Forumunun Bakı meriyasına təqdim etmək üçün müvafiq məktubu hazırlanacaq. E.Namazov açıqlamasında bildirib ki, məktub eyni zamanda mətbuata açıqlanacaq. O, mitinqin eyni zamanda Azərbaycanın Türkiyə ilə həmrəylik aksiyası olacağını da vurğuladı. Azadlıq
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.