RUSİYA MÜXALİFƏTİ MASAYA OTURDU; MEDVEDYEV İSLAHATLARA DƏSTƏK İSTƏDİ
Və müxaliflər Kreml Administrasiyasının birinci köməkçisi Vıçislav Volodinin rəhbərliyi ilə toplaşacaq işçi qrupunda iştiraka qərar verdilər
21-02-2012 / 12:16
Rusiya prezidenti Dmitri Medvedyev ilk dəfə partiya kimi qeydiyyatda olmayan siyasi partiya və müxalif təşkilatlarının liderləri ilə Moskvadan kənarda Qorki prezident rezidensiyasında görüşüb.
4 dekabr 2011-ci il tarixində parlament seçkilərində saxtakarlıq edildiyi üçün on minlərlə insanı meydanlara yığan müxalif liderlər, Rusiyanın baş naziri Vladimir Putinin də iştirak edəcəyi və 4 martda keçiriləcək prezident seçkilərində Kremlə dönməsinə qarşı çıxıblar.
FaktXeber.com-un verdiyi məlumata görə, "siyasi sistemimiz ideal deyil. Burada olanlar isə əksəriyyət vaxt sərt şəkildə tənqidlər səsləndirirlər", - deyə bildirən Medvedyev, fərqli baxışlara sahib olan iştirakçılardan ölkənin siyasi islahat işlərinə yardım etmələrini istəyib.
Toplantının əsas məqsədinin ölkənin gələcək siyasi həyatının müzakirəsi və Rusiya Parlamentinin alt qanadı olan Dumaya təqdim edilən siyasi islahatlarla əlaqədar olduğunu söyləyən Rusiya lideri, "qeydiyatı olmayan siyasi partiyalar kimi, qeydiyatı olanlardan daha çox siyasi liberallaşma sizin üçün əhəmiyyətlidir. Buna görə də, sizin bu sahəyə yardım etməyinizi gözləyirəm" çağırışını edib.
Qeyd edək ki, siyasi islahat paketi 4 martda keçiriləcək prezident seçkilərindən əvvəl - 28 fevralda Dumada müzakirə olunacaq. Bölgə qubernatorlarının siyasi partiyaların müəyyənləşdirdiyi namizədlər arasından seçilməsi, siyasi partiyaların qeydiyatının asanlaşdırılması, prezident seçkilərində namizəd olacaq müstəqil, ya da parlamentdə olmayan siyasi partiya liderlərinin toplayacağı imza sayının azaldılması kimi bir sıra maddələr yeni paketdə yer alıb.
Medvedyevin təklifinə yaşıl işıq yandıran müxalif qruplar Kreml Administrasiyasının birinci köməkçisi Vıçislav Volodinin rəhbərliyi ilə toplaşacaq işçi qrupunda iştirak edəcəklər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.