Havadan müdafiə manevrində nüvə bazaları və digər həssas nöqtələrin ola biləcək hücumda qorunmasının sınağı keçiriləcək
21-02-2012 / 11:59
FaktXeber.com-un "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, "Xatəmül ənbiya" Havadan Müdafiə Qərargahı ölkənin cənubunda geniş bir ərazidə havadan müdafiə təlimlərinə başlayıb.
Ölkənin müdafiə gücünü artırmağı hədəfləyən manevrin, xüsusilə məskunlaşma vahidləri, həssas və həyati əhəmiyyətli obyektlər və nüvə enerjisi bazalarının baş verə biləcək hava hücumlarından qorumağa istiqamətli olduğu bildirilir.
Müasir raketlərdən müdafiə sistemləri, qırıcı təyyarələr, elektronik hərb təchizatlar və digər sursatların istifadə ediləcəyi təlimdə havadan müdafiə gücünü təşkil edən ünsürlər arasındakı əlaqənin də gücləndirilməsinə çalışılacağı qeyd olunur.
Ölkənin cənubundakı hava sahəsində 190 min kvadrat kilometrlik ərazidə və dörd mərhələdə həyata keçiriləcək və dörd gün davam edəck.
Bununla bərabər olaraq, İranın neft nazirinin köməkçisi Əhməd Kələbani Avropa Birliyi ölkələrinin düşmən mövqeyini davam etdirəcəyi təqdirdə, İspaniya, Hollandiya, Yunanıstan, Almaniya, İtaliya və Portuqaliyaya neft ixracatını dayandıracaqlarını açıqlayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.