MMDİB SƏDRİ HACI MEHDİ MƏMMƏDOV KÜRDƏXANIYA GÖNDƏRİLDİ
"Milli-Mənəvi Dəyərlər" İB-nin sədri Hacı Mehdi Məmmədov Kürdəxanı İstintaq Təcridxanasına göndərilib
21-02-2012 / 11:24
Məhkəmə istintaq müddətində azadlıqdan məhrum edilməsinə qərar verib. Vəkil Zaman Səmədov İslamazeri.az-a bildirib ki, dünən Binəqədi Rayon Məhkəməsində Hacı Mehdi Məmmədovun məhkəməsi keçirilib. Məhkəmə, Mehdi Məmmədovun istintaq müddəti üçün 2 aylıq azadlıqdan məhrum edilməsinə qərar çıxarıb. Mehdi Məmmədov məhkəmədən sonra Kürdəxanı Müvəqqəti Təcridxanasına aparılıb.
Xatırladaq ki, "Milli-Mənəvi Dəyərlər" İB-nin sədri Hacı Mehdi Məmmədov fevral ayının 18 MTN-nin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra Mehdi Məmmədovun üzərindən 0,236 qram eroin "götürülüb". O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqda ittiham olunur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.