Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq
21-02-2012 / 10:52
"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən FaktXeber.com-a verilən məlumata görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Bu məqsədlə Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işləri həyata keçirilir.
Bununla əlaqədar fevralın 21-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.