İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinq keçiriblər
21-02-2012 / 10:47
Nazirliyin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, paytaxtın Suraxanı, Yasamal, Sabunçu, Suraxanı, Yasamal rayonlarının, Quba, Ağstafa, Mingəçevir şəhərlərində və Füzuli rayonunda ondan çox mağazada saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı 270 kiloqrama yaxın yararsız ərzaq malları satışdan çıxarılıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq ediləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.