Yeni yaradılmış sosial şəbəkənin təqdimat mərasimi keçirildi
20-02-2012 / 18:29
Bu gün "Caspian Plaza"nın konfrans zalında Azərbaycanda yeni yaradılmış sosial şəbəkənin (sosial.az) təqdimat mərasimi keçirilib.
FaktXeber.com-un verdiyi məlumata görə, təqdimat mərasimini giriş sözü ilə açan sosial şəbəkənin rəhbəri Əli Abbasov sosial şəbəkə haqqında geniş məlumat verib.
O, bu gündən başlayaraq dünya azərbaycanlılarının da öz sosial şəbəkəsənin olacağını bildirdi: “Layihə “Sosial.az” ünvanında yerləşir. Dünyanın harasında yaşamasından, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, özünü azərbaycanlı kimi tanıyan hər kəs bu şəbəkəyə qoşula bilər. Şəbəkə bir növ azərbaycançılıq dəyərini paylaşan hər kəsin virtual məkanı olacaq. Bu saytın çərçivəsində öz həmvətənlərimizlə istənilən mövzunu müzakirə edə bilərik.
Müasir dövrdə həm qlobal, həm də müxtəlif ideyalar ətrafında yaradılan lokal sosial şəbəkələr az deyil. Amma məhz dünya azərbaycanlılarını eyni virtual məkanda bir araya gətirən layihə yox idi. “Sosial.az” bu boşluğu aradan qaldırmaq üçün yaradılıb.
Sayt bir sıra ən müasir texniki imkanlarla təchiz olunub. Bütün dünyada yaşayan soydaşlarımızın problemsiz istifadə edə bilmələri üçün 3 dildə fəaliyyət göstərir.” (Fotolar Birlik.az-a məxsusdur)
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.