Milli Məclisin deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən 23-dək Ermənistanda səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, komitənin toplantısında tərəfdaş dövlətlərdə vətəndaş cəmiyyətinin inkişafı, yoxsulluğun azaldılması strategiyası, parlamentlərdə və vətəndaş cəmiyyətində qadınların, gənclərin rolunun artırılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.