AZƏRBAYCANDA ENERJİ VƏ QAZIN BİLDİRİŞSİZ KƏSİLMƏSİ QADAĞAN EDİLİB
Azərbaycan Nazirlər Kabineti qazdan və elektrik enerjisindən istifadə qaydalarına dəyişiklik edib
20-02-2012 / 18:24
FaktXeber.com xəbər verir ki, bu barədə qərar «Qaz təchizatı haqqında» və «Elektroenergetika haqqında» qanunlara dəyişikliklərin edilməsi barədə Azərbaycan prezidentinin 2011-ci il 22 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərarlara əsasən, qaz və elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildiriş göndərilmədən qazın, elektrik və istilik enerjisinin verilməsinin dayandırılması qadağan edilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.