Milli Məclisdə hicab aksiyasında tutulanların azadlığa buraxılması məsələsi gündəmə gətirilə bilər - deputat
20-02-2012 / 17:39
FaktXeber.com xəbər verir ki, hicab aksiyasında tutulanların azadlığa buraxılması məsələsi Milli Məclisdə gündəmə gətirilə bilər. Bunu Salamnews-a Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
O deyib ki, bütövlükdə insan haqları konteksində onlara verilən cəza tamamilə başqa motivdə nəzərdə tutulur. Onları həbsdən azad etmək lazımdır. Amma gələcəkdə dindarların özü hicab məsələsinin siyasiləşdirilməsinə yol verməmlidirlər. Çünki kimlərinsə hicab məsələsindən istifadə edərək dindarlara qarşı təzyiq vasitəsinə çevirməsinə yol vermək olmaz.
Onun sözlərinə görə, bu qədər etiraz bildirməkdənsə, daha fərqli üsullarla məsələni diqqətdə çatdırılması mümkündür: “Əlbəttə, hesab edirəm ki, hicab aksiyasında tutulanlara verilən həbs müddəti onların etdikləri hərəkətlərə adekvat deyil. Bu məsələyə daha hümanist yanaşmaq lazımdır. Hicab aksiyasında tutulanların azadlığa buraxılması məsələsi təmin olunmalıdır. Bütövlükdə, hicab məsələsini hər hansı formada tələb olaraq qoymaq səhvdir. Biz bu məsələni insan haqlarının qorunmasına uyğun olan tələb kimi gündəmə gətiririk. Elə edilməlidir ki, hakimiyyət bu məsələ ilə bağlı addım atsın. Bu baxımdan hicab aksiyası zamanı tutulanların məsələsini hümnist yolla həll etməklə bərabər, bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur”.
Xatırladaq ki, 2011-ci il mayn 6-da Təhsil Nazirliyi qarşısında “Hicaba azadlıq” aksiyası keçirilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.