Adolf Hitlerin Fransada qeri-qanuni doğulan oğlu var imiş.
Faktxeber.com-un verdiyi məlumata görə, bu haqda "La Point" nəşrində məlumat verilib.
Nəşrin yazdığına görə, oğlan uşağının anası I Dünya müharibəsi dövründə yaşamış gənc fransız Şarlotta Lobjua olub.
Fransa vətəndaşı olan Jan Mari Lore hələ 1981-ci ildə «Sənin atan Hitlerdir» kitabını yazmışdı. Lakin heç kəs bu məlumata inanmadfığından, kitab çox da məşhurluq qazanmadı. Bundan 4 il sonra isə 67 yaşlı müəllif heç kəsə öz əslini sübut edə bilmədən vəfat etmişdi.
Lakin bu yaxınlarda Lore və Hitlerin qohumluğu barədə əsl həqiqət onun vəkili Fransua Gibonun sayəsində üzə çıxıb.
Hüquq müdafiəçisi müştərisinin hər zaman haqlı olduğunu deyərək, həqiqətə necə çatdığını anladıb.
Lorenin yazdığına görə anası 16 yaşlı Şarlotta Lobjua ilə yefreytor Hitler arasında roman 1917-ci ildə – alman ordusu Fransanın Pikardiya şəhərində yerləşərkən yaşanıb. 1918-ci ilin martında Lore dünyaya gəlir. Qonşular və uşağı nifrətlə «kiçik boş» (Fransada almanlardan dünyaya gələn uşaqları belə adlandırırdılar) deyə çağırırdılar.
Təhqir və istehzadan bezən Şarlotta bir neçə ildən sonra uşağı gənc bir ailəyə övladlığa verir.
Taleyin gərdişinə bax ki, 1939-cu ildə Hitlerin oğlu Almaniya faşistlərinin əleyhinə vuruşmaq üçün müharibəyə gedir, işğal vaxtı isə fransız partizanlarına qoşularaq Klement ləqəbini götürür.
1950-ci illərin əvvəllərində doğma anası ölümündən əvvəl Loreyə əsl atasının kimliyini deyir. Bu, onun üçün böyük şok olur. Özünün dediyinə görə, düz 20 il durmadan çalışır ki, əsl kimliyini unutsun.
Lakin 70-ci illərin sonunda alman diktatorunun oğlu olduğu haqqında sübut tapmağa çalışır. Beləliklə, 1979-cu ildə o vəkil Fransua Gibonun yanına gəlir və öz bəyanı ilə onu karıxdırır: «Mən Hitlerin oğluyam. Deyin, mən nə etməliyəm?»
Gibonun sözlərinə görə, araşdırma zamanı müştərisinin bəzi söylədikləri məsələlər həqiqətə çox uyğun idi. Lore Geldeyberk Universitetinin alimlərinə, tarixçilərinə və genetiklərə, həmçinin mütəxəssis -qrafoloqa müraciət edir.
Və belə bir ehtimalın mümkünlüyü qənaətinə gəlirlər.
Nəşrin yazdığına görə, Hitler Almaniyanın siyasi olimpinə daxil olduqdan sonra da fransız xanımına kömək eləyir. Vermaxtın sənədləri arasında alman zabitlərinin fransız qadına mütəmadiən pulla dolu konvert apardıqları barədə yazılar da var idi. 
Həmçinin Lobjuanın evinin damında Adolf Hitler tərəfindən imzalanmış şəkillər də var idi. Və bu şəkillərin arasında Jan –Mari Lorenin anasına eynilə oxşanan bir qadının şəkli də var.
Əldə olunan faktlar araşdırılandan sonra Lorenin kitabının yenilənmiş variantına daxil ediləcək. Gibonun fikrincə əgər belə olarsa, müştərisinin vərəsələri Adolf Hitleri «Mein Kampf» kitabından gələn qonorara iddia edə bilərlər.

Emilya