AXCP FƏALI ELÇİN HƏSƏNOV BARƏDƏ CİNAYƏT İŞİ AÇILIB
O, sabiq prezident Heydər Əliyev və millət vəkili Fərəc Quıiyevi təhqir etməkdə ittiham olunur
20-02-2012 / 17:26
AXCP Ali Məclisinin üzvü, Sumqayıtda yaşayan gənc fəal Elçin Həsənova cinayət işi açılıb. Bu barədə FaktXeber.com-a Elçin Həsənovun özü məlumat verib. “Bu gün Mətləb adlı müstəntiq tərəfindən Sumqayıt Şəhər Baş Polis İdarəsinə dəvət olundum. Bölmədən bildirdilər ki, guya mən facebook sosial şəbəkəsində millət vəkili Fərəc Quliyev və Heydər Əliyevi təhqir etmişəm. Eyni halda bölmədən söylədilər ki, millət vəkili səndən şikayət edib ki, sən onun ev telefonuna zəng edərək təhqir etmisən. Buna görə Fərəc Quliyevin şikayəti əsasında sənin barəndə cinayət işi açılıb”,-deyə Elçin Həsənov bildirib. Sonra Elçin Həsənov əlavə etdi ki, mənə qarşı irəli sürülmüş ittihamla qətiyyən razı deyiləm. “Fərəc Quliyevin dediyi dövrdə mənim facebook profilimi sındırmışdılar. Həmin vaxtlar mən heç facebook-dan istifadə etmirdim. ” Sonda bölmədə izahat yazdığını qeyd edən Elçin Həsənov, bundan sonrada mütamadi olaraq bölməyə dəvət olunacağını qeyd etdi.
Qeyd edək ki, Elçin Həsənovun bir neçə müddət bundan öncədə Sumqayıt polisi tərəfindən müxtəlif təzyiqlərə məruz qalmışdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.