"Hicaba azadlıq" aksiyasında tutulan ilahiyyatçı Tale Bağırovun apellyasiya məhkəməsi olub
20-02-2012 / 17:26
Bu gün “Hicaba azadlıq” aksiyasında tutulan ilahiyyatçı Tale Bağırovun apellyasiya məhkəməsi keçirilib. FaktXeber.com-a açıqlama verən Anar Qasımlı bildirib ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçən proses Taleh Bağırovun şikayətini təmin etməyib. O, Taleh Bağırovun həbs müddətinin inzibati cəza aldığı gündən – 7 may 2011-ci ildən hesablanması barədə qərar çıxarıb.
Xatırladaq ki, 2011-ci il mayın 7-də həbs olunan Taleh Bağırov mayın 21-dək inzibatı qaydada 15 günlük həbs cəzası almışdı. Nərimanov Rayon Məhkəməsi ilahiyyatçıya hökm çıxararkən həbs müddətinin mayın 21-dən hesablanması qərarını vermişdi.
Qeyd edək ki, “Hicaba Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur. Ruhani Tale Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.