Qurultayın yeri ilə bağlı ünvanladıqları məktuba Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz və absurd yox cavabının verilməsi qurultayın vaxtının ləğv edilməsinə səbəb olub
20-02-2012 / 17:06
Müsavat Partiyasının mart ayının 3-4 nə nəzərdə tutulmuş qurultayı qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bu barədə FaktXeber.com-a Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu məlumat verib. Tofiq Yaqublu bildirdi ki, qurultayın yeri ilə bağlı ünvanladıqları məktuba Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz və absurd yox cavabının verilməsi qurultayın vaxtının ləğv edilməsinə səbəb olub.
“Artıq bundan sonra icazə versələr belə praktiki cəhətdən qurultayın keçirilməsi mümkün deyil. Bu səbəbdən də qaydalara görə namizədlərin irəli sürülməsinə ən azından 10 gün vaxt lazımdır. Eyni halda namizədlərin təbliğat və təşviqat işləri görməsi üçündə kifayət qədər vaxt lazımdır. Ona görə də mart ayının 3-4-nə qurultayın keçirilməsi mümkün deyil.”
Hazırda qurultaya hazırlıq üçün işçi qrupunun yaradıldığını qeyd edən Tofiq bəy, “qeyd edim ki mənim rəhbərliyim ilə işçi qurupu yaradılıb. İşçi qrupu olaraq qurultay keçirmək üçün yer axtarmalıyıq”, - deyə bildirdi.
“Hazırda həm ölkə daxilindən və eyni halda ölkə xaricindən kifayət qədər təkliflər olunub. Əvvəlcə yeri müəyyənləşdirdikdən sonra, qurultayın vaxtını müəyyən edəcəyik. Çalışacağıq ki, kifayət qədər qısa bir müddət ərzində qurultay baş tutsun”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.