FaktXeber.com xəbər verir ki, Seyyid Elbrus İbadov Nəsimi Rayon Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Azərbaycanda islamçıların kütləvi həbsi çərçivəsində fevralın 16-sı saxlanılan Seyyid Elbrus İbadov artıq Kürdəxanı istintaq təcridxanasına aparılıb.
Seyyid Elbrus İbadov
Seyyid Elbrus İbadova Cinayət Məcəlləsinin 234.1-ci, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq Elbrus İbadov 6 may hicab aksiyasında saxlanılıb sobradan sərbəst buraxılmışdı.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqdır. Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.