DCUMH ölkədə inanc adamlarının həbsi ilə bağlı hakimiyyət orqanlarından rəsmi açıqlama istəyir
20-02-2012 / 16:30
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. KXCP-nin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə edilib. DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb.
Yığıncaqda ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirəyə çıxarılıb.
DCUMH bu il fevralın 26-da saat 12.00-da Xocalı abidəsini ziyarət etmək haqqında qərar verib və bəyanat qəbul edilib.
Bəyanatda deyilir: “Son zamanlar ölkənin müxtəlif bölgələrində inanc adamlarının narkotika və digər adlarla həbsi ciddi narahatlıq doğurur. DCUMH bu həbslərlə əlaqədar hakimiyyət orqanlarından rəsmi açıqlama verilməsini tələb edir”.
Qeyd edək ki, KXCP-nin mənzil qərargahında DCUMH-un təşəbbüsü ilə bu il fevralın 23-də saat 12.00-da Xocalı soyqırımı ilə əlaqədar “Qarabağ Forumu” keçiriləcək. Foruma siyasi partiya, QHT, insan haqqları təşkilatları, beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələri, ziyalılar və bütün KİV dəvətlidirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.