Qarlı qış gecəsi idi. Kəskin şaxta adamın üzünü kəsirdi. Buzlu yollarla evə tərəf irəliləyirdim. Zənn etməyin uzaq keçmişdən söhbət açıram. Hamımızın bütün vücudumuzla daddığımız şaxtalı, qarlı günlərdən danışıram...
Harda qalmışdıq? Hə, mən soyuq qış günlərində evə tərəf gedirdim. Öz-özümə fikirləşirdim ki, ya İlahi, bir ölkədə nə qədər sitəm, nə qədər həbs olar?! Bu soyuq qış gecəsində atalarının isti qoynuna girmək istəyən köpələrin ahı sənin bu soyuq qış gecənidə isindirə bilmir?
Bəlkə bizə olunan sitəmlərin qarşısında ah-naləmiz, dualarımız, qəzəbimiz, mübarizəmiz kifayət qədər deyil? Bəlkə biz zülmə cəm halda "yox" demədiyimiz üçün bu günlərə qalmışıq?
Bu fikirlərimin üstündən bir neçə gün keçdi. Yenə işdən evə gedirdim. Bu dəfə üzümü şaxta kəsmirdi. Amma belimə qədər palçığa bataraq irəliləyirdim. Evə çatdım. Allah kasıbçılığın üzün qara eləsin təzəcə evə internet çəkdirmişəm. Dizüstü kompyuterimi açdım ki, görüm nə var nə yox.
Heç elə bil indi kompyuterin qabağından ayrılmayıb. Xəbərləri ictimaiyyətə bunlar çatdırmayıb. Baxma da bura Azərbaycandır. Gecə-gündüz yatmadan xalqın "xidmət"ində duranlar var.
Nə isə uzatmayım 3-cü həbs dalğası xəbərini yayımladım. Həm sarsıldım, həmdə öz-özümə dedim ki, yəqin sonun başlanğıcıdır. Tuthatut yenə başladı. Qonşu ölkələrdən gələn narkotiklər dindarların cibindən çıxdı. Özü də sən demə bunlar hamısı kütləvi şəkildə damara işləyirlərmiş. Utanmaz-utanmaz tapança da gəzdirirmişlər.
Ayıbıdır, yekə nə bilim nəsiniz, heç olmaya deyin, polisə müqavimət edib də... ya da, nə bilim, əsəbləşib, rəisin noutbukun götürüb çırpıb yerə. Vallah, narkotiklə həbs olunanların əksəriyyəti idmanla məşğul olan gənclərdir. Fikirləşin ki, onlardan iki-üç dənə Tural Həsənli çıxar. Dinim qadağa etməsəydi və bilsəydim adam heroin qəbul edəndə insan idmançı "vid"inə düşür mən də qəbul edərdim.
Onu deyirdim axı bizə bu da azdır. Bu ölkədə hərə bir bazar yaradıb. Nə qədər ayrı-seçkilik olacaq görəsən. Nə qədər islamçılar deyəcək hicab məhbusları, müxalifət deyəcək, vicdan məhbuslarımız. Bəziləri də deyir ki, bizim iş səliqəmiz başqadır. Biz maarifləndirmə ilə məşğuluq və.s. Belə çıxır Qarabağın azadlığı üçün "Lazım"ı gözlədiymiz kimi, digər məsələlər üçün də "Maarif"i gözləyirik.
Sizcə bəs deyil bu qədər pərəm-pərəmlik, mənimki, səninki. Bir dəfə deyin ki, Azərbaycanın xalqının azadlıq məhbusları. Bu şüarları səsləndirin. Nə qədər bu cür siyasi fikirlə toplantı keçirəcəksinizsə, bəyanat səviyyəsini aşmayacaq. Tələb edəndə deməyin vicdan məhbuslarını qaragəlmiş eurovisiona qədər azad edin. Bütün çirkin düşüncələri atın kənara birlikdə deyin, "Azərbaycan uğrunda həbsdə olan əqidədaşlarımızı azad edin!" Bax buna görə deyirəm bizə bu da azdır. Yoxsa bu həbslər mənim də qəlbimi yıxıb-sökür. Ümumiyyətlə, Azərbaycanda baş verən bütün siyasi həbslər.
Mən inanıram ki, Azərbaycan ziyalıları, dəyərli siyasiləri, ictimai xadimləri bir zaman bunu dərk edib, yuxarıda söylədiyim mesajları söyləyəcəklər. Azərbaycan xalqının birliyini müxalifətçi, islamçı, ateist, büdpərəst, liberal, klassik və.s hissələrə parçalamayacaqlar.
Bütün zülmlərə birlikdə etiraz, vətənin uğurlarına birlikdə sevinmək ümidi ilə.
Tural Həsənlinin digər yazıları