Havanın temperaturu gecə 4 dərəcə şaxtayadək düşəcək
20-02-2012 / 15:32
FaktXeber.com-un Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 20-dən 21-nə keçən gecə yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var. Gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 14-19 dərəcə şaxta təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Fevralın 21-dən 23-dək Abşeron yarımadasında hava şəraitinin əvvəlki günlərlə müqayisədə mülayimləşməsi, meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.