MÜXALİFƏT FRANSA PREZİDENTİ SARKOZİ İLƏ ÇOX PİS MƏZƏLƏNDİ
"Güclü Fransa" şüarı, internetdə qısa müddətdə ərzində "Ölü Fransa" şüarına çevrilib
20-02-2012 / 15:32
FaktXeber.com xəbər verir ki, Fransa prezidenti Nikola Sarkozi, seçki kampaniyasının afişasını ötən gün twitter vasitəsilə paylaşıb. Lakin "Güclü Fransa" şüarı, internetdə qısa müddətdə ərzində "Ölü Fransa" şüarına çevrilib.
Sarkozinin "La France Forte" (Güclü Fransa) şüarıyla başladığı seçki kampaniyası, müxalifət tərəfindən "La France Morte" (Ölü Fransa) şüarı ilə əvəzlənib. "Ölü Fransa" şüarı internetdə sürətlə yayılıb. Bəzi saytlarda Sarkozi məsxərə edilib.
"La France Forte" yazılan afişanın arxa fonunda Egey dənizi təsvir edilib. Bu isə yunalıları tərəfindən kəskin tənqid olunub.
Hazırlanan yeni afişaların üzərində "Ölü Fransa", "Fransa batır", "Fransa sualtında belə güclüdür", "Fransa qapıda", "Sarko yetər" kimi şüarları yazılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.