DAMI TƏMİR EDƏN İŞÇİLƏRİN BAŞINA QIZIL KİSƏSİ DÜŞÜR
Hər biri nominalında 20$ olan 497 sikkənin ümumi çəkisi 17 kq-dır
20-02-2012 / 15:29
Faktxeber.com-un verdiyi məlumata görə, Fransada evlərin birində təmir işləri aparan işçilər xəzinə tapıblar.
Belə ki, Les Riseys kəndində işçilərdən biri evin tavanında təmir apararkən həqiqi mənada başına qızıl sikkələr yağmağa başlayır. Sonda isə köhnə kisə düşür.
Ümumilikdə, hər biri nominalında 20$ olan 497 qəpik aşkar edilir.
Xəzinənin ümumi çəkisi isə 17 kq gəlir.
Bütün qəpiklər 1851-1928-ci illərdə ABŞ-da zərb edilib.
Hazırda xəzinə ümumilikdə 980 min dollar dəyərində qiymətləndirilir.
Ev sahibi Fransua Lange qızılların yarısının xəzinəni tapan işçilərə çatacağını bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.