SON 24 SAAT ƏRZİNDƏ ÖLKƏDƏ BAŞ VERMİŞ FÖVQƏLADƏ HALLAR
Son 24 saat ərzində ölkə ərazisində 5 fövqəladə hal qeydə alınıb
20-02-2012 / 15:29
FaktXeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, son 24 saat ərzində ölkə ərazisində 5 fövqəladə hal qeydə alınıb.
- Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan lambirindən ibarət talvar yanıb. Talvara bitişik ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
- Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə, aynabənddə və mətbəxdə tavan 45 kv.m sahədə yanıb. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb;
- Bakı şəhəri, Nizami rayonunda giriş qapısının kilidində yaranmış nasazlıq üzündən 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını bayır tərəfdən açıblar. Zərərçəkmişin ilkin tibbi yardıma ehtiyacı olmayıb. Əməliyyat saat 11:14-də başa çatıb;
- Tovuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 18 mənzildən ibarət kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Binanın dam örtüyünün qalan hissəsi və mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb;
- Qusar rayonu, Həzrəoba kəndində (rayon mərkəzindən 53 km aralı) ümumi sahəsi 280 kv.m olan birmərtəbəli binanın yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Binasının qalan hissəsi və bitişik köməkçi tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb;
- Bərdə rayonu, Alpout kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus qamışdan olan, ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb;
- Şəki rayonu, Qoxmuq kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 746 kv.m olan dülgər sexində qurutma kamerasının yanar konstruksiyaları 32 kv.m sahədə yanıb. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb;
Sabirabad rayonu, Qasımbəyli kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli ikiotaqlı evin tavanı 22 kv.m sahədə yanıb. Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb;
- Bakı şəhəri, Səbail rayonunda “VAZ” və “Mercedes” markalı 2 minik avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnib, xəsarət alan olmayıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 00:50-də başa çatıb;
- Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1999-cu il təvəllüdlü 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açıblar. Zərərçəkmişin ilkin tibbi yardıma ehtiyacı olmayıb. Əməliyyat saat 01:00-da başa çatıb;
- Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb;
- Bakı şəhəri, Sabunçu rayonunda birmərtəbəli ümumi sahəsi 520 kv.m olan şirniyyat sexinin yanar konstruksiyaları 150 kv.m sahədə və sexin içərisindəki anbarın yanar konstruksiyaları 140 kv.m sahədə, habelə 1 ədəd transformatorun yağı və sarğıları yanıb. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb;
- Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus qamışdan olan ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğın saat 08:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.