Onlar Türkiyənin hakim partiyası əleyhinə şüarlar səsləndiriblər
20-02-2012 / 14:37
FaktXeber.com-un Türkiyə medialarına istinadən verdiyi məlumata görə, ötən gün Türkiyənin Suriya ilə sərhəd zonasında yerləşən Antakya şəhərində Suriya hakimiyyətini dəstək aksiyası keçirilib. 10 qeyri-hökumət təşkilatının təşəbbsüsü ilə keçirilən aksiyada Türkiyənin hakim partiyası olan AK partiyanın apardığı siyasətlər kəskin tənqid edilib. Bəşşar Əsədin portretini və Suriya bayraqlarını əllərində tutan aksiyaçılar Amerika imperializminin müdaxilə siyasətini lənətləyiblər. Onlar yaydıqları bəyanatda, “Türkiyə və Suriya vahid xalqdırlar. Müxaliflər Suriya hakimiyyətini yıxaraq Amerika və İsrailin maraqlarını təmin edən şəxsi hakimiyyət qurmaq fikrindədirlər” deyə bildiriblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.