İngiltərənin Quardian qəzeti: Türkiyə və Çin, İranı BMT-nin sanksiyalarından xilas etmək üçün gizli maliyyə yardımı edir
20-02-2012 / 14:32
FaktXeber.com xəbər verir ki, qəzet Qərb təhlükəsizlik mənbələrinə istinadən yazır ki, Türkiyə və Çin, BMT-nin İranın nüvə proqramıyla əlaqədar qoyduğu sanksiyalardan xilas etmək üçün gizli maliyyə dəhlizi yaradıb. Və bankçılıq fəaliyyətlərində İrana yardım edirlər. İran Mərkəzi Bankı, ölkənin iqtisadiyyatına dəstək olmaq üçün Çin və Türkiyədə çox sayda maliyyə təşkilatlarını öz mənfəətləri üçün istifadə edir. İranın ən böyük neft müştərisi olan Çinin bu sanksiyalardan qaçmağa çalışır. Çin İrandan satın aldığı neft qarşılığında ödəməsi lazım olan pulun əvəzinə İranın ehtiyacı olduğu malları alaraq onlara verir. Hansı ki, bu mallara sanksiya qoyulub. Eyni əməliyyatı həmçinin Türkiyədəki bəzi təşkilatlar vasitəsi ilə də həyata keçirirlər.
Quardian qəzeti bundan əlavə, Avropa ilə möhkəm iqtisadi əlaqələrə sahib olan Türkiyənin Tehran ilə diplomatik əlaqələrinin müsbət xətt üzrə inkişaf etdiyini qeyd edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.