Hadisənin baş verdiyi binanın divarı zədələnib, partlayışın dalğasından qonşu binaların pəncərələri sınıb
20-02-2012 / 14:30
Faktxeber.com-un verdiyi məlumata görə, Yəməndə Aden şəhərində seçki məntəqələrinin birində partlayış baş verib.
Hökumət nümayəndiyilindən verilən məlumata görə, hələ ki, zərərçəkənlər barədə məlumat yoxdur: «Hadisənin baş verdiyi binanın divarı zədələnib, partlayışın dalğasından qonşu binaların pəncərələri sınıb».
Qeyd edək ki, bu, Yəməndə prezident seçkiləri ilə əlaqədar Adendə baş verən ilk partlayış deyil. Fevralın 14-də intiharçı seçki komissiyasının binasının yaxınlığında özünü partlatmışdı. Hücum nəticəsində kamikadzedən başqa heç kim zərər çəkməmişdi.
Xatırladaq ki, fevralın 21-də Yəməndə cəmi 1 nəfərin -Əbdu Rəbbi Mənsurun namizəd olduğu «prezident seçkiləri» keçiriləcək.
Xatırladaq ki, Əli Abdulla Saleh noyabr ayında öz səlahiyyətlərini adıçəkilən namizədə vermişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.