Azərbaycanda son iki gün 19 nəfər dəm qazından zəhərlənib
20-02-2012 / 14:02
FaktXeber.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 18-də Sumqayıt şəhər sakinləri Seymur Mahmudov, Nofəl Rüstəmov, Şəhla Məmmədova, Kəmalə Ağaxanova, Bakı şəhər sakini Aynurə Şıxəliyeva, Abşeron rayon sakini Məcid Əliyev və Gəncə şəhər sakini Məlahət Quliyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Həmin gün Səbail rayonu ərazisində yaşayanlar Nigar Məmmədova, Nəcibə Məmmədzadə, onun bacıları Ziba və Gülnarə evlərində dəm qazından zəhərlənmişlər. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Dünən isə Sumqayıt şəhər sakinləri Səhər Aslanova, Sahibə Məhərrəmova, İlhamə Mikayılova, Yeganə Nuriyeva, Abşeron rayon sakini Sevda Kazımova, İlham Tağıyev, İdrak Babatov öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.