MOSKVA TARİXİ MƏSCİDİNİN BAŞ İMAM CÜMƏSİNƏ HÜCUM OLUB
Travma nəticəsində 75 yaşlı Həsən Fəxrəddinov danışıq qabiliyyətini itirib
20-02-2012 / 13:57
Faktxeber.com-un verdiyi məlumata görə, Moskva Tarixi Məscidinin baş imam cüməsi Həsən Fəxrəddinova hücum olub.
Rusiya Müftilər Şurası hüquqmüdafiə orqanlarını vətəndaşları təcavüzdən qorumağa çağıraraq Moskvanın müsəlman dindarlarının ən tanınmış rəhbərlərindən birinin xəstəxanaya düşmə səbəbini geniş araşdırmağa çağırıb.
Tarixi Məscidin digər imamcüməsi Rais Hənəfiyev 75 yaşlı Həsən Fəxrəddinova hücumun gediş-gəlişli küçədə baş verdiyini deyib.
Verilən məlumatlara görə, üzünə güclü yumruq zərbəsi dəyəndən sonra o, huşunu itirərək yerə yıxılıb.
Hücum qarət xüsusiyyəti daşımayıb. Cani hadisə yerindən naməlum istiqamətə qaçıb.
Qeyd edək ki, travma nəticəsində danışıq qabiliyyətini itirən 75 yaşlı Həsən Fəxrəddinov 20 il idi ki, Moskvada məscid imam cüməsi vəzifəsində çalışır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.