Bu gün Bakı Apellyasiya Məhkəməsində “Hicaba azadlıq” aksiyasında saxlanışmış və Nərimanov rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş Məmməd Əsgərovun və Zaur İsgəndərovun şikayəti üzrə hakim Vaqif Mursaqulov sədrliyi ilə məhkəmə prosesi keçirilib. Bu barədə FaktXeber.com-a vəkil Anar Qasımlı bildirib.
Vəkilin sözlərinə görə, eyni maddə ilə ittiham olunan aksiya iştirakçıları 1 il və 1 il 6 ay həbs cəzası alıblar. Amma Nərimanov Rayon Məhkəməsi Məmməd Əsgərov və Zaur İsgəndərova 3 il iş kəsib.
Məhkəmə işlə tanışlıqdan sonra prosesi fevralın 27-də təyin edib.
Qeyd edək ki, 2011-ci il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsi Məmməd Əsgərov və Zaur İsgəndərovu 3 il müddətinə azadlıqdan məhrum edib. Onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli biliniblər.
“Hicaba azadlıq” aksiyası 2010 – cu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyada 15 nəfər xuliqanlı etməkdə şübhəli bilinərək saxlanılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.