Bir qrup silahlı şəxsin təşkil etdiyi həbsxana basqınında 3 nəfərin öldüyü bildirilir
20-02-2012 / 13:15
FaktXeber.com-un CNN-ə istinadən verdiyi məlumata görə, polis səlahiyyətliləri, gecə Kidapavan şəhəri həbsxanasının qapısına əl qumbarası atıldığını, hadisədən dərhal sonra polis qüvvələrinin gücləndirildiyini söyləyiblər. Səlahiyyətlilər qarşıdurmalarda 3 nəfərin öldüyünü, 15-nin isə yaralandığını söyləyiblər.
Polis rəisi Benjardi Mantele öldürülənlər arasında yaralı vətəndaşları xəstəxanaya aparmaq istəyən bir Qızılxaç əməkdaşının da olduğunu bildirib.
Polis hücumda Moro İslami Qurtuluş Cəbhəsinin üzvlərini günahlandırıb, ancaq təşkilatın mətbuat katibi iddianı qəbul etməyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.