Bu barədə qərarı İraq Prezident Admistrasiyası verib
20-02-2012 / 12:50
FaktXeber.com-un İraqın "Əl-İraqiyə" televiziyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, terror aktlarının təşkilində iştirak etmiş şəxslər barəsində çıxarılan məhkəmə hökmü Prezident Admistrasiya tərəfindən təsdiqlənib. Məhkəmə 33 məhkumla bağlı edam cəzası verib.
Məhkumlardan birinin adı açıqlanmayan ərəb ölkəsinin vətəndaşı olduğu bildirilir.
Ədliyyə Nazirliyinin məlumatlarına görə, İraqda cari ilin əvvəlində bu yana edamlarının sayının 65 olub.
BMT-nin məlumatınaa görə isə, 2004-cü ildən bu yana İraqda edam cəzasına məhkum olunanların sayı 1200-dən çoxdur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.