ELMAR MƏMMƏDYAROV G-20 ÖLKƏLƏRİNİN XİN RƏHBƏRLƏRİNİN TOPLANTISINDA BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB
Azərbaycanın XİN rəhbəri Meksikanın yerli kanallardan birinə də müsahibə verib
20-02-2012 / 12:28
Meksikada səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirakı çərçivəsində İtaliya nümayəndə heyətinə rəhbərlik edən xarici işlər üzrə Dövlət Katibi Marta Dassu ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin genişləndirilməsi imkanları ətrafinda fikir mübadiləsi aparıblar. İtaliya tərəfi Azarbaycanla xüsüsilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib və bu məqsədlə iki ölkə rəsmiləri arasında səfər mübadiləsinin hayata keçirilməsinin önəmini qeyd edib. Nazir Elmar Məmmədyarov Azarbayacanın İtaliya ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, səfər mübadilələrinin buna təkan verəcəyini qeyd edib.
Nazir Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarla da görüş keçirib. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Nazir Elmar Məmməyarovun ispaniyalı həmkarı Xose Manuel Qarsia-Marqallo ilə keçirdiyi görüşdə iki ölkə arasındakı ikitərəfli əlaqələrin hazırkı durumu barədə fikir mübadiləsi aparılıb, enerji, turizm və ticarət sahəsində əməkdaşlığın əhəmiyyəti vuyrğulanıb və əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu qeyd olunub. Xarici işlər nazirləri iki ölkə arasında səfər mubadilələri və biznes forumların təşkili və həm Azərbaycanda, həm də İspaniyada mütəmadi olaraq keçirilən turizm sərgilərində müvafiq qurumların qarşılıqlı şəkildə iştirakın təşviq edilməsi barədə razılığa gəliblər.
Nazir Elmar Məmmədyarov Meksikaya səfərinin ilk günü yerli kanallardan birinə müsahibə verib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.