İtaliyanın XİN nümayəndəliyi danışıqların hələ ki, heç bir nəticə vermədiyini bildirib
20-02-2012 / 12:14
Faktxeber.com-un verdiyi məlumata görə, Hindistan polisi İtaliya gəmisinin heyətini həbs edib.
Səbəbi isə Keral ştatında italyanların balıqçılıq edən iki dinc sakini öldürməsidir.
Gəmi heyətinin sözlərinə görə, balıqçılar özlərini aqressiv apararaq xəbərdarlıq atəşlərinə saymazlıqla yanaşdığı üçün, onlar hindliləri dəniz quldurları ilə səhv salıblar.
Bununla belə, Hindistan tərəfi balıqçıların silahlı olmadığını və özlərini sakit apardıqlarını iddia edir.
Hazırda İtaliyanın bir qrup diplomatı Hindistandadırlar.
Onlar baş verən münaqişəni həll etməyə çalışsalar da, İtaliyanın XİN nümayəndəliyi danışıqların hələ ki, heç bir nəticə vermədiyini bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.