"BRENT" VƏ "AZƏRİLAYT" UCUZLAŞDI, "LAYT" İSƏ 1.29 DOLLAR BAHALAŞDI
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
20-02-2012 / 12:08
FaktXeber.com-un verdiyi məlumata görə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,29 dollar qalxaraq 103,60 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 53 sent aşağı düşərək 119,58 dollar təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildirilib ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 58 sent ucuzlaşaraq 123,27 dollara satılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.