Bu barədə İranın XİN rəhbəri Əli Əkbər Salehi məlumat verib
20-02-2012 / 12:01
FaktXeber.com-un "Mehr"ə istinadən verdiyi məlumata görə, Salehi keçirdiyi mətbuat konfransında nüvə müzakirələri illə bağlı yeni yığıncağın İstanbulda keçiriləcəyini söyləyib.
Əli Əkbər Salehi, ''müsbət dünyagörüşü və yaxşı niyyətlə müzakirələrə başlayacaqlarını, eyni addımı qarşı tərəfdən də gözlədiklərini'' bildirib.
Qeyd edək ki, bir müddət əvvəl də İran BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniyadan ibarət "5 + 1" qrupuyla nüvə müzakirələrinə hazır olduğunu açıqlamışdı.
Eyni tərkibli görüş sonuncu dəfə ötən ilin yanvar ayında İstanbulda keçirilmişdi, ancaq görüşlərdə irəliləyişlər əldə edilməmişdi.
Qeyd edək ki, MAQATE-nin inspektorları İranda nüvə məsələləri ilə əlaqədar ikigünlük müzakirəyə başlayıblar
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.