Yunanıstanda 325 milyon avroluq əlavə mənbənin pensiyaların kəsilməsi ilə əldə edilməsi planlaşdırılıb
20-02-2012 / 11:40
FaktXeber.com-un verdiyi məlumata görə, Yunanıstanda, Avropa Birliyi, Avropa Mərkəz Bankı və Beynəlxalq Valyuta Fondunun 130 milyard avroluq yeni yardım paketinin təsdiqlənməsi üçün xərclərin 325 milyon avro əlavə mənbə yaradacaq şəkildə azaldılması istiqamətindəki tələbi ilə pensiyaların ixtisarı qərarlaşdırılıb.
Yunanıstanın baş naziri Lukas Papadimos Nazirlər Kabinetinin toplantısında etdiyi çıxışda, yeni köməyin təsdiqlənməsi üçün pensiyaların azaldılmasının qaçınılmaz olduğunu söyləyib.
Yeni yardım paketinin təsdiqlənməsi üçün hökumətin Avropa üçlüyü ilə müəyyən meyarlar çərçivəsində razılaşdıqlarını bildirən Papadimos, sözügedən müqavilə çərçivəsində bu gün keçiriləcək Eurogroup toplantısına qədər bəzi əhəmiyyətli qərarların verilməsi lazım olduğunu vurğulayıb.
Yunan mediası Afina hökumətinin yardım paketinin təsdiqlənməsi üçün Avropa üçlüyü ilə Yunanıstan iqtisadiyyatında sürətli və zəruri dəyişikliklər edəcək yeni tədbirlər ehtiva edən proqram mövzusunda da razılaşdıqlarını yazıb.
Xatırladaq ki, Avro Bölgəsi iqtisadiyyat və maliyyə nazirləri Yunanıstana 130 milyard avroluq ikinci yardım paketini təsdiqləmək üçün bu gün Brüsseldə toplaşacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.