Kansler Angela Merkel ölkənin yeni prezidenti vəzifəsinə hüquq müdafiəçisi Yoahim Qauku dəstəkləyib
20-02-2012 / 11:24
Faktxeber.com-un verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel ölkənin yeni prezidenti vəzifəsinə hüquq müdafiəçisi Yoahim Qauku dəstəkləyib.
«Bu insan bizə hər hansı bir çağırışda vacib impulslar verə, həmçinin demokratiyaya inamımızı daha da möhkəmlədə bilər», – deyə kansler bildirib.
Y.Qauk 2010-cu ildə prezidentliyə namizədliyini irəli sürsə də, o zaman Merkel Kristian Vulfa üstünlük vermişdi.
Xatırladaq ki, cümə günü Kristian Vulf prezidentlik vəzifəsindən istefa vermişdi. Buna səbəb kimi isə öz vəzifəsindən sui –istifadə etdiyinə görə tənqid atəşinə tutulması idi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.